
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 2019-cu tədris ilinin yekununda Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
I–IV qruplar üzrə imtahanlara 9679 nəzarətçi, 872 imtahan rəhbəri cəlb olunub. Onların hər birinin fəaliyyəti təhlil edilib və qiymətləndirilib.
Yüksək hazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik akademiyasına, ADA universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına meyil və marağı olduqca böyükdür.
Özəl ali təhsil müəssisələri arasında yüksək hazırlıqlı abituriyentlər Xəzər universitetinə üstünlük verirlər. Xəzər Universiteti istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri aşağı olub.
V ixtisas qrup üzrə orta bal göstəricisi yüksək olan ali təhsil müəssisəsi kimi Azərbaycan Memarlıq və İnşaat Universiteti üzrə orta bal göstəricisi 179.186 bal olmuşdur.
1992-2019-cu illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2019-cu ilə təsadüf edir. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2019-cu ildə, əz az 1993-cü ildə ayrılıb.