
2020-09-10 11:12:00
Abituriyentlərin 11 faizi 500-dən çox bal toplayıb
2019-cu ildə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 11.08 faizini təşkil edib.
AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, yüksək bal toplayanlar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var: "Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7379 abituriyent 500-dən, o cümlədən 1935 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 28.54%-i (554 nəfəri) I qrupun, 20.81%-i (404 nəfəri) II qrupun, 31.17%-i (605 nəfəri) III qrupun, 19.47%-i (378 nəfəri) IV qrupun abituriyentləridir.
Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qax və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 14–18-i imtahanlarda 500-dən yuxarı bal toplayıb".
Məlumatda qeyd edilib ki, ötən il ölkənin 3178 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 25.39%-nin təmsilçiləridir. Sayı 807 olan məktəblərin 87-si (10.78%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 30.39%-i onların məzunlarıdır. Rayon məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Masallının Şərəfə kənd, Şəki rayonunun Baş Zəyzid kənd və Balakənin Qaravəlli kənd orta məktəblərini göstərmək olar.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51