Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-13 16:22:00
Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı sualları cavablandırdı 
Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualları cavablandırıb.
 
AzEdu.az xəbər verir ki, nazir bununla bağlı "Facebook" səhifəsində məlumat paylaşıb.

"Ötən günlər ərzində müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırdım. İlk növbədə bu mövzuda öz fikrini və rəyini bildirmiş hər bir istifadəçiyə öz dərin minnətdarlığımı bildirirəm. Hər bir şərhə cavab yazmaq imkanı məhdud olduğundan məsələlərə qısa video formatında münasibət bildirdim", - deyə nazir qeyd edib.
 
Nazir qeyd edib ki, bu il 8322 vakansiya elan edilib ki, bu da ötən ildəkindən 14 faiz çoxdur.