
SALAM ƏSGƏRİM! Əhvalının necə olduğunu, nə hiss etdiyini soruşmuram. Əminəm ki, Çox Yaxşısan! İşğal altında olan VƏTƏN torpağını azad edən ƏSGƏRİN əhval ruhiyyəsi başqa cür də ola bilməz!
VƏTƏN varsa SƏN varsan, SƏN varsansa VƏTƏN var. VƏTƏN SƏNİN kimi igidləri olduğu üçün bu gün qürrələnir. VƏTƏN gürrənəlir ki, uşaq yaşlarından doğma torpağından ayrılan bu gün yağı düşmən üzərində zəfər çalmış İgid kimi torpağına ayaq basır!
Heç bir çətinlik Səni qətiyyən yormasın! Diqqət etdinsə, qorxutmasın yox, məhz yormasın. Çünkü, Sən qorxunun nə olduğunu bilməyən İGİD AZƏRBAYCAN ƏSGƏRİSƏN!
Biz Sənə kiçik bir məktub yazdıq. SƏN isə Azad etdiyin torpaqlarda Şəhidlərimizin qanına boyanmış Bayrağımızı Ucaltmaqla Azərbaycan üçün Tarix yazırsan! Qələbə Tarixi!
Biz Sənə inanırıq AZƏRBAYCAN ƏSGƏRİM!
Lənkəran Peşə Liseyinin kollektivindən