
2018-06-17 14:56:15
Qalaktikamız daha böyükdür – Son elmi nailiyyət
İçində yaşamağımıza baxmayaraq,“Saman yolu” qalaktikasının hüdudlarını müəyyən etmək çox çətindir. Lakin yeni elmi araşdırmalar qalaktikamızın daha böyük olduğunu müəyyən etdi. Hazırda istifadə edilən modellərdən əlavə yeni formalardan da istifadə nəticəsində qalaktikamızın hüdudlarının 100 000 işıq ili deyil, 200 000 işıq ili olduğu ortaya çıxdı. Astronomlara məlumdur ki, qalaktikamız spiralvari formadadır, bundan başqa mərkəz disk və kənarlarda seyrək şəkildə paylanmış ulduz buludundan ibarətdir ki, bu da “halo” adlanır.
Qalaktikanın böyüklüyü diskdəki ulduzların hüdudu ilə müəyyən edilir. Qalaktikanın hüdudu isə diskdəki ulduz sayının yox olduğu yerdən götürülür. Bu əsasla diskdəki ulduzların tapılması qalaktikanın sərhədlərinin müəyyən edilməsində bir açar rolunu oynayır. Şübhəsiz ki, disk ulduzlarının “halo” ulduzlarından daha cavan olmasına daha çox üstünlük verilir. Ulduzlar zaman keçdikcə elementlər hazırladıqları üçün disk ulduzlarının strukturu “halo” ulduzlarından fərqli ola bilər və beləcə astronomlar ulduzları müxtəlif qruplara ayırırlar.
Spektroskopiya kimi tanınan bir proses ilə elmi nailiyyətlərin müəyyən edilməsi

Spektroskopiya kimi tanınan bir proses ilə astronomlar 4,600-dən çox ulduzun kimyəvi tərkibini öyrənmiş və ulduzların hansının diskə və hansının “halo” ulduzları qrupuna aid olmasını müəyyən etmişdilər. Nəticədə 7 may Astronomiya və Astrofizika jurnalında çıxan nəticələrdən müəyyən edilmişdir ki, diskdə olan ulduzlar əvvəlkinə nisbətən mərkəz diskdən daha uzaqdadırlar. Astrofizika de Kanariya jurnalının baş redaktoru Martin Lopez “Qalaktik mərkəzdən çox uzaqda ulduzların var olduğunu qətiyyətlə söyləmək olar. Bundan öncə heç kim spektroskopik olaraq diskə aid olan ulduzları ( 81 min işıq il) doğrulaya bilməmişdir” deyə vurğulayır.
“Böyük süd yolu” və ya “Samanyolunun” qonşusu “Andromeda” qalaktikası
Araşdırmaçılar mərkəzdən kənarlara doğru ulduzlarının sıxlığının azaldığını deyirlər, hansı ki böyük diametrə malik olan bizim qalaktikamız, 220 000 işıq ili uzaqlıqda olan Andromeda qalaktikasından daha kiçikdir.
Qalaktikamızın ölçüləri böyük olsa da, lakin kütləsi çox deyil. Qalaktikanın kənar hissəsindəki az sıxlığa malik seyrəkulduzlar yerləşib. Bu seyrək ulduzlar qalaktikanın digər hissəsindəki ulduzların yanında “dəryada bir su damlası” kimi görünür, ona görədə“Saman yolu” qalaktikasının kütləsi əhəmiyyətli dərəcədə dəyişməz qalır.(moderator.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51