Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 15:34:00
Azərbaycanda daha 215 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azedu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ümumilikdə 41 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 124, ötən müddət ərzində isə ümumilikdə 1 162 062 test aparılıb.