
2020-10-10 09:16:00
Lavrovun elan etdiyi atəşkəsin BƏNDLƏRİ
Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva danışıqlarının nəticələrinə əsasən, birgə bəyanatı elan edib.
AzEdu.az xəbər verir ki, bəyanatda deyilir:
“Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəliblər:
- 1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
- 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
- 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar.
- 4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51