Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 15:31:26
İnanılmaz heyvan rəsmlərini yaddaşından çəkən sənətçi  

Dusan Krtolica adlı sənətçi hələ iki yaşında ikən, yəni, əli heç qələm tutacaq qədər böyüməmiş, rəsm çəkməyə başlayıb.
Hazırda 15 yaşında olan Krtolica bu illər ərzində rəssamlıq bacarığını daha da təkmilləşdirib. Lakin ən sevdiyi mövzusuna hər zaman sadiq qalıb: heyvanlar aləmi...
Krtolica yalnız sadə karandaşla işləyir və flora-fauna aləmini birbaşa öz yaddaşından çəkir. Kiçik sənətkarın təbiətə duyduğu maraq, ailəsinin ona aldığı “Ümumi heyvan ensiklopediyası” ilə başlayıb. Elə həmin ensiklopediyadan da bütün foto və məlumatları yaddaşına həkk etdirib. O, hələ balaca uşaq olarkən bir gün bütün heyvan rəsmlərini çəkəcəyini qarşısına məqsəd qoyur.

Krtolicanın əsərlərində fillərdən antiloplara qədər bütün heyvan şəkillərində ən incə detallarına qədər hər heyvanın dişlərini, saçını və ayaqlarını görmək mümkündür.

Günel Yaşarqızı