
“Microsoft şirkəti Təhsil Nazirliyinin təklifi ilə Teams-in interfeysini Azərbaycan dilinə tərcümə edib”.
AzEdu.az xəbər verir ki, bunu İnternet Formunun prezidenti Osman Gündüz şəxsi facebook səhifəsində yazıb.
O, qeyd edib ki, Azərbaycan təhsil sistemi Microsoft Teams platforması üzərinə oturub.
“Uzun müddət olardı, təhsil sistemimiz bu proqramın ingilisdilli versiyasından istifadə edirdi ki, bu da müəyyən çətinliklər yaradırdı.
Bunun üçün parametrlər bölməsində dil siyahısından Azərbaycan dilini seçmək, “yaddaşda saxla və tətbiqi yenidən başlat” düyməsini seçmək lazımdır. TN video təlimat da hazırlayıb.
Teams-in browser və desktop versiyaları Azərbaycan dilində aktivdir, mobile app da tərcümə edilib , lakin yaxın günlərdə aktiv ediləcək.
Azərbaycan Microsoft Teams-dən geniş istifadə edən ölkələr arasındadır və bununla bağlı Microsoftla əməkdaşlıq müqaviləsi də imzalanıb.
Şirkət Microsoft Teams-dən əlavə bir necə başqa Office 365 alətləri, Mail, Calendar, OneDrive və s. proqramlarını da Azərbaycan dilinə tərcümə edib.
Qeyd etmək istərdim ki , qısa zamanda böyük işlər görülüb. Təhsil Nazirliyinin , Microsoft Azərbaycanın qeyd olunan resursların lokallaşdırılması istiqamətindəki səyləri təqdirə layiqdir .
Xatırladıram ki, bu resurslar VPN olmadan da işləyir”.