Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 16:50:00
İmtahanda köçürmənin qarşısını almaq üçün interneti kəsdilər  
Əl-Cəzairdə şagirdlərin imtahan vaxtı köçürməsinin qarşısını almaq üçün bütün ölkədə interneti kəsiblər.
 
AzEdu.az xarici KİV-ıərə istinadən xəbər verir ki, bir saat müddətinə internet kəsilməsi 20-25 İyun tarixlərində davam edəcək.
Qərar, 2016-cı ildə keçirilən imtahanlarda köçürülmə və imtahan suallarının sızdırılması problemindən sonra qəbul olunub.
Sadəcə sabit xətlər deyil, mobil telefonlara gedən internet də dayandırılıb. Təhsil Naziri Nouria, verdiyi açıqlamada imtahan prosesində bütün ölkə ərazisində "Facebook” sosial şəbəkəsinə girişə qadağa qoyulacağını bildirib.