
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində daha bir səfər Astara rayonunun sərhədyanı yaşayış məntəqəsi Qapıçıməhəllə kəndinə reallaşdırılıb.
ASAN könüllüləri" təşkilatından AzEdu.az-a verilən məlumata görə, proqram çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və İTSOL MMC-nin (www.itsol.az) birgə təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Qapıçıməhəllə kənd orta məktəbinə və şagirdlərə 33 ədəd “Lenovo” kompüteri təqdim edilib. Kənddə yaşayan uşaqların informasiya resurslarına çıxışı və texnoloji savadlılığı, həmçinin onlayn təhsilə dəstək məqsədilə kompüterlərdən 5-i şagird və müəllimlərin istifadəsi üçün məktəbə, 28-i isə məktəblilərə hədiyyə edilib.
Bu günədək www.asanmektub.az saytı vasitəsitəsilə vətəndaşların və müxtəlif təşkilatların dəstəyi nəticəsində 6000-dən çox istək reallaşdırılıb.