
Koronavirusla mübarizədə maskanın əhəmiyyəti dəfələrlə təkrarlanır. Lakin maskadan düzgün istifadə etməyənlər, burnu açıqda saxlayan insanlar qarşılaşacaqları təhlükənin fərqində deyillər.
AzEdu.az xəbər verir ki, türkiyəli professor Aytuğ Altundağ virusun yeni əlamətlərindən danışıb. O bildirib ki, virus ağciyərə getmədən öncə burunda məskunlaşır.
"Virus sanki özünə yuva axtarır və ilk daxil olduğu orqanda - burunda dayanır. Bu zaman bədənimiz ciyərləri qorumaq üçün qurban verməli olur. Bu qurban isə iy bilmə qabiliyyətidir. İy bilmə qabiliyyətini itirənlər virusu nisbətən yüngül keçirir. Bəzi insanlar isə iy bilməni tamamilə itirə bilir",- deyə professor əlavə edib.
Həmçinin, o, iy bilmənin itməməsinin qarşısını almaq üçün nanə, kəklikotu, limon, yasəmən, mandalin və.s kimi ətirli bitkiləri və meyvələri qoxlamağı tövsiyə edib.