Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 14:03:00
Koronavirusun ən dəqiq 3D modeli yaradılıb - VİDEO

Səudiyyə Ərəbistanında Kral Abdullah Elm və Texnologiya Universitetinin alimləri koronavirusun ən dəqiq 3D modelini yaradıblar.

 

Lenta.ru-nun məlumatına görə, tədqiqat nəticələri elmi qurumun saytında dərc olunub.

Modelin yaradılması üçün SARS-CoV-2 virusunun quruluşuna dair hazırda bilinən bütün məlumatlar toplanıb. Tədqiqatçılar bunun üçün virus hissəciyinin səthinin elektron mikroskopların köməyi ilə alınan təsvirindən istifadə ediblər.