Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-14 09:31:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 13-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AzEdu.az-a bildirilib ki, proqramda hesablama əməliyyatları, geyim üzrə dizayner, kompüter operatoru, dizayner, xarici dildə ünsiyyət, turizm təşkilatçısı, avtomobil diaqnostikası və təmiri, üzüm və şərab ustası, bitkiçilik mütəxəssisi ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.