Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-14 16:18:00
Koronavirusun 2021-ci ildə təsiri necə olacaq?  

Moskva Dövlət Tibb Universitetinin İnfeksion Xəstəliklər Laboratoriyasının tədqiqatçısı, tibb elmləri namizədi Maksim Gultyayev bildirib ki, COVID-19 havadakı dəyişikliklər fonunda şiddətlənəcək mövsümi xəstəliyə çevriləcək.


AzEdu.az xəbər verir ki, alim 2021-ci ildə dördüncü infeksiya dalğasının olmayacağını iddia edib.

 

"Çünki o vaxta qədər tibb sistemi tamamilə silahlanacaq. 2021-ci ildə ölkə əhalisinin koronavirus əleyhinə vaksinasiya olunacağına inanıram. Bundan əlavə, bir çoxu antikorlara sahib olacaq", - həkim əlavə edib.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da gələn ilin mart ayına qədər COVID-19 pandemiyasında ciddi dönüş yaratmaq niyyətindədir. ÜST o zamana qədər peyvənd, kifayət qədər fərdi qoruyucu vasitələr və sürətli testlər istehsal etməyi planlaşdırır. (publika.az)