
“İşğaldan azad olunan məktəblərin bərpası addım-addım və planlı şəkildə həyata verəcək”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev ATV-də yayımlanan “ATV Aktual” verilişində deyib.
O, azad olunan ərazilərdə tədrisin bərpasından söz açıb:
“Qarabağa qayıdış özlüyündə kompleks yanaşma tələb edəcək. Burada həm infrastrukturun bərpası, həm də insanların ora qayıtmasından söhbət gedir. Təhsil müəssisələrinin bərpası, yalnız Təhsil Nazirliyinin deyil, digər aidiyyatı qurumların tapşırığı əsasında həyata keçiriləcək. Yeni yaradılan infrastruktur ən müasir tələblərə cavab verəcək və həmin ərazilərdə həyat dirçələcək.
Burada yüzlərlə məktəb və peşə təhsil müəssisəsindən söhbət gedir. Onların bərpası addım-addım və planlı şəkildə baş verəcək. Şad xəbər ondan ibarətdir ki, azad olunan bölgələrdə daha yaxşı infrastruktur qurulacaq”.