
Türkiyənin Təhsil naziri Ziya Səlcuq müəllimlərlə onlayn formada görüş keçirib.
Nazirin koronavirus peyvəndi ilə bağlı suala verdiyi cavab müəllimlərin sevincinə səbəb olub.
“Peyvəndin tətbiqinə başlandığında müəllimlərə xüsusi üstünlük veriləcək” fikrini bildirdi.
Qeyd edək ki, təhsil naziri müəllimlərlə bir çox mövzularla bağlı maraqlı müzakirələr aparıb.
Müəllimlərdən Mustafa İlhanın nazirə verdiyi suala cavab olaraq nazir peyvəndin tətbiqi ərəfəsində ilk olaraq müəllimlərin nəzərə alınacağını vurğulayıb:
“Bununla bağlı müzakirələrimiz gedir. Müsbət nəticələri sizinlə bölüşəcəyik. Bizim üçün həqiqətən çox dəyərlisiniz. Çünki sizin sayənizdə ölkəmizin gələcəyini inşa edirik. Bu səbəbdən pevənd vurulması ilə bağlı ən yaxın zamanda müəllimlərə xoş xəbəri çatdıracağımızı düşünürəm”.