Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-08 13:46:00
Nazirlik müəllimlərə xəbərdarlıq ETDİ

 

 

Türkiyənin  Təhsil  Nairliyi  onlayn  dərs  keçən  müəllimlərə  kiber  hücumlarla  bağlı  xəbərdarlıq edib.

 

AzEdu.az  xəbər  verir  ki, baş  verə  biləcək  kiber  hücumlardan  qorunmaq  üçün  nazirlik  müəllimlərə  bəzi  təlimatlar  verib.

 

Təhsil  Nazirliyindən  bildirilib  ki,  müəllimlər  onlayn  dərs  keçmək  üçün  elektron  sinifləri  hazırlayarkən  gözləmə  otağı  funksiyasını  aktivləşdirərək  dərslərə  qoşulan  şagirdlərin  tək-tək  yoxlaya  bilər.

 

Beləliklə, saxta  hesabla  dərsə  girməyə çalışan  şəxslərin  onlayn  siniflərdə  iştirakının  qarşısını  almaq  mümkün  olacaq.

 

Eyni  zamanda,  nazirlik  tərəfindən müəllimlərin  mobil  telefonlarına  kiber  hücumlardan  qorunmaq  üçün  vacib  olan  təlimatlar  mesaj  olaraq  göndəriləcək.

 

Şagirdlərin  sinif  yoldaşları  və müəllimləri  ilə  dərs  keçə  bilməsinə  şərait  yaratmaq  məqsədi  ilə  həyata  keçirilən  EBA( Təhsil  Məlumat  Şəbəkəsi)  onlayn  dərs  layihəsinin  distant  təhsil  üçün  xüsusi  olaraq   inkişaf  etdirilərək  tətbiq  edildiyi  bildirildi.

 

Məktəbəqədər  təhsildən  12-ci  sinfə  qədər  bütün  siniflərin  ümumi  həftəlik  dərs  saatları  distant  təhsil  müddətində  həyata  keçirir. Nəticə  olaraq  şagirdlər  dərsləri  tam  şəkildə  qavraya  bilmirlər. Bu  məqsədlə  əlavə  xarici  onlayn   dərslərin  həyata  keçirilməsi  nəzərdə  tutulur.

 

Təhsil  Nazirliyi  xarici  onlayn  dərslər  zamanı  kiber  hücumlara  məruz  qalmamaq  üçün   müəllimlərin  diqqət  etməsi  vacib  olan  nüansları  yenidən  xatırladıb. Müəllimlər  hər  dərs  üçün  ayrı  UTİS  İD  və  şifrə  istifadə  edəcəkləri  təqdirdə, daha  əvvəl  müxtəlif  əlaqə  vasitələri  ilə  paylaşdığı  onlayn  dərs  haqqında  məlumatlar  ləğv  ediləcək.

 

Müəllimlər  dərs  üçün  elektron  sinifləri  qurarkən  gözləmə  otağı  funksiyasını  aktiv  edərək  dərsə  qoşulacaq  şagirdləri  tək-tək  yoxlayıb  müəyyən  edə  biləcəklər.

 

Beləliklə  müəyyən  şəxslərin  saxta  hesabla  dərsə  qoşulma  cəhdlərinin  qarşısı  alınacaq. Bununla  yanaşı       şagirdlər  onlayn  dərslərə  qoşularkən  hesablarında  öz  adlarından  istifadə  etməlidirlər. Müəllimlər  şagirdlərin  adlarını  dəyişdirmələrinə  icazə  verməməlidir. Bu  zaman  kiber  hücumlardan  müdafiə  mümkün  olacaq.