
2021-01-06 17:20:00
Özünüzlə keyfiyyətli vaxt keçirməyin 7 üsulu
Stresdən bir az uzaqlaşmaq, vaxtınızı həqiqətən etmək istədiyiniz şeylərə ayırmaq, eyni zamanda da ruhunuza və zehninizə də istirahət vermək istəyirsinizsə, aşağıda sadalayacağımız şeylər sizə kömək ola bilər.
- Doydurucu və dadlı səhər yeməyi
Səhər yeməyi gününən önəmli qidasını təşkil edir. Eyni zamanda da günə xoş bir səhər yeməyi ilə başlamaq, əyləncəli bir günün bir parçasına çevriləcək. Gündəlik olaraq, işə/dərsə tələsdiyimiz üçün çox zaman səhər yeməyini yemirik, amma vaxtınız olduğu bu günlərdə, özünüzə ləzzətli səhər yeməyi hazırlaya bilərsiniz. - Keyfiyyətli “mən” vaxtı: Texnologiya detoksu
Gündəm, işlər, çox zaman da vərdişlərimiz səbəbi ilə texnologiya və sosial media həyatımızın mərkəzində yerləşib. Biz fərqinə olmasaq belə, texnologiya bizim yorulmağımıza və bu yorğunluğun isə davamlı olmasına gətirib çıxarır. Özünüzə dəyər vermək adına, texnologiyaya bir az ara verib, keyfiyyətli vaxt keçirə bilərsiniz. - Özünüzə baxım göstərin.
Dərinizə və görünüşünüzə göstərəcəyiniz qayğı və təmizlik özünüzlə keyfiyyətli vaxt keçirmək üçün əla fürsətdir. - Yaşılın sağaldıcı gücü: bitkilərinizə vaxt ayırın.
Baharın yavaş-yavaş özünü hiss etdirdiyi bu günlərdə, evinizdəki bitkilərlə də maraqlanmaq lap yerinə düşərdi. Bitkilərinizin quruyan yarpaqlarını yığa bilər, dibçəklərini dəyişdirə və ya yeni çiçəklər əkə bilərsiniz. - Hobbilər
Yaradıcılığınızı bəsləmək üçün özünüzə bir hobbi seçə və ya seçdiyiniz bir hobbiyə vaxt ayıra bilərsiniz. Hələ də bir hobbiniz yoxdursa, foto çəkmək, rəsm boyamaq, yeni bir dil və ya musiqi aləti çalmağı öyrənməyi sınaya bilərsiniz. - Bir az kitab, bir az musiqi…
Ekran işıqlarından uzaq durmaq üçün kitab oxumaq ən yaxşı seçimdir. Günün son saatlarında musiqi sədaları altında oxuyacağınız kitab isə sizi rahat bir yuxuya hazırlayır. Gün ərzində xoş qoxulu və gücləndirici çaylar ilə birlikdə kitabınızı oxuya bilərsiniz. - İlıq bir duş, meditasiya və yuxu
Gün ərzində məruz qaldığımız xarici təsirlərdən qurtulmaq üçün, ruhumuzu, bədənimizi və zehnimizi yeniləyib, təmizləməliyik. Bunu etmək isə çox sadədir, ilıq duş alıb rahatladıqdan sonra, meditasiya ilə özünüzə dönərək zehninizi də rahatlada bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51