
Alimlər hansı qan qrupunun infeksiyaya qarşı daha dözümlü immunitetinin olduğunu müəyyən ediblər. Viruslara, infeksiyalara qarşı ən güclü immuniteti olan qan qrupu 4-cü qan qrupudur.
AzEdu.az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislərin qənaətinə görə, bu qan qrupuna aid olan şəxslərin immun sisitemi virus infeksiyaları ilə mübarizə aparmağa kömək edən interferon zülalını daha yaxşı itehsal edir. Alimlərə görə, IV qan qrupu daşıyıcıları interferon istehsalı baxımından ən güclü qan qrupudur. Bu insanların bədənində müvafiq halların 92 faizində zülal yaxşı istehsal olunur.
I və III qan qrupları olan insanlarda tədqiqat zamanı müvafiq olaraq 80 və 91 faizlik nəticə göstərilib.
II qan qrupundan olanlarda isə müvafiq halların təxminən 40%-də interferon istehsal etmə qabiliyyəti azalır, onlar digərlərinə nisbətən xəstəliklərə daha çox meylli olurlar.
Alimlər hesab edir ki, məhz qan qrupu orqanizmin virus infeksiyası ilə qarşılaşan zaman interferonu necə istehsal edəcəyinə təsir edir. Bu, birbaşa immunitetlə əlaqəli olan məslədir.