
2021-02-12 13:01:00
Baş Nazirin maska ilə bağlı SON QƏRARI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionisti Nəzrin Mustafayevanın “açıq havada təksinizsə, maska taxmaya bilərsiniz” deməsi insanlar arasında çaşqınlıq yaradıb.
AzEdu.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, əslində Nazirlər Kabinetinin qərarında bu nəzərdə tutulub.
Rəsmilərin məsələ ilə bağlı açıqlamaları gecikdiyindən, Modern.az saytı Baş Nazir Əli Əsədovun imzaladığı sonuncu qərarı diqqətdən keçirib.
Nazirlər Kabinetinin qərarına əsasən,
- 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir.
- 2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
- 3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
- 4. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.
Qərardan da göründüyü kimi, vətəndaşın küçədə tək olduğu halda maskasız gəzməsilə bağlı məqam yoxdur.(Modern.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51