Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-27 15:09:00
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı açıqlanıb.

 

AzEdu.az-ın məlumatına görə, fevralın 26-da 23 939 nəfər vaksinasiya olunub.

 

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

 

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.