
2021-03-19 15:55:00
Karantin rejimi iyunun 1-nə kimi UZADILDI
Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.
AzEdu.az-ın məlumatına görə, Qərarda deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır. (modern.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51