
AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Yola saldığımız həftədə 22-28 mart təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Direktorların işə qəbulu imtahanlarında rekord sayda namizəd iştirak edib:
İlk dəfə bu il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2 683 namizəd iştirak edib.
Bu ilin 19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanları keçirilib.
Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb:
Bakıda daha bir məktəb koronvirus (COVİD-19) səbəbi ilə karantinə bağlanıb.
Bu dəfə N.Nərimanov rayonunda yerləşən M.Şəhriyar adına 193 nömrəli məktəbdə koronavirusa yoluxma halı qeydə alınıb.
Bu səbəbdən tədris əyani formadan distant formaya keçirilib.
Paytaxtda 4 məktəbdə ənənəvi dərslər bərpa olunub:
Martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub. Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 274 nömrəli tam orta məktəbdə çalışan 4 müəllimin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 testi pozitiv çıxdığına görə məktəblərdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.