
2021-04-11 11:12:00
Bu şəxslər magistraturaya müsabiqədənkənar qəbul olunacaqlar - RƏSMİ
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Qanun ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmaq istəyən şəxslərə də şamil edilir.
AzEdu.az müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin həm bakalavr,həm də magistr pilləsinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısını Nazirlər Kabinetinin Qərarına istinadən təqdim edir:
- Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.
- Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.
- Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).
- Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).
- Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).
- Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).
- “Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).
- Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).
- Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).
- Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).
- Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).
- Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).
- Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
- Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).
- Caz musiqi festivalı (Montre, İsveçrə).
- Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).
- “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).
- Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
- “Eurovision” estrada mahnı müsabiqəsi.
- Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).
- Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
- Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).
- Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).
- Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).
- Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).
- Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).
- Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).
- Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).
- Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).
- Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51