
Təhsil Nazirliyinin MİQ müsabiqəsi ilə bağlı müəyyən etdiyi qaydalardan 4-cü bəndin izahı.
Toqquşma hallarında əmsalların tətbiq edilməsi:
Təhsil Nazirliyinin imtahan nəticəsi və seçdiyi vakant yer eyni olan namizədlərin yerləşdirilməsi məqsədilə təqdim etdiyi meyarlar.
İzah: Mahir Əhədov
İstifadə edilmiş adlar, ballar və digər göstəricilər şərtidir, yəni izah məqsədi daşıyır!
Meyar 1. İxtisas balı
Nəticəyə ixtisas balının 1/100 hissəsi kəsir kimi əlavə olunur.
Aytən 52 bal (36 ixtisas, 16 metodika)
Murad 52 bal (37 ixtisas, 15 metodika)
Aytən 52,36 bal
Murad 52,37 bal
Nəticədə vakant yeri Murad qazanır.
Meyar 2. Təhsil göstəricisi
Bakalavr dərəcəsi 0,001 bal
Ali 5 illik və ya magistr dərəcəsi 0,002 bal
Fəlsəfə doktoru 0,003 bal
Elmlər doktoru 0,004 bal
Aytən 52 bal ( 34 ixtisas, 18 metodika)
Murad 52 bal (34 ixtisas, 18 metodika)
Hər iki namizəddə ümumi nəticə və ixtisas göstəriciləri eynidi.
Aytənin təhsili bakalavr 52,341 bal
Muradın təhsili magistr 52,342 bal
Nəticədə vakant yeri Murad qazanır.
Meyar 3. Təhsil haqqında sənəd
Fərqlənmə deyil 0,0000 bal
Fərqlənmədir 0,0005 bal
Aytən 52 bal (34 ixtisas, 18 metodika)
Murad 52 bal (34 ixtisas, 18 metodika)
Hər iki namizədin ixtisas balı eynidir, hər ikisi magistr təhsillidir.
Aytənin magistr diplomu adidir
Muradın magistr diplomu fərqlənmədir
Aytən 52,3420 bal
Murad 52,3425 bal
Nəticədə vakant yeri Murad qazanır.
Meyar 4. Pedaqoji staj
Staj ili kəsir hissəyə əlavə edilir.
Aytən 52 bal (34 ixtisas, 18 metodika)
Murad 52 bal (34 ixtisas, 18 metodika)
Hər iki namizədin ixtisas balı eynidir, hər ikisi magistr təhsillidir və hər ikisinin diplomu fərqlənmədir.
Aytənin 3 il stajı var
Muradın 4 il stajı var
Aytən 52,34253
Murad 52,34254
Nəticədə vakant yeri Murad qazanır.
Meyar 5. Yaşayış yeri
Faktiki yaşayış yeri nəzərə alınır.
Aytən 52 bal (34 ixtisas, 18 metodika)
Murad 52 bal (34 ixtisas, 18 metodika)
Hər iki namizədin ixtisas balı eynidir, hər ikisi magistr təhsillidir, hər ikisinin diplomu fərqlənmədir və hər ikisinin stajı 5 ildir.
Seçdikləri məktəb Astara rayonunda yerləşir.
Aytən 52,34255 (Lənkəranda yaşayır)
Murad 52,34255 (Astarada yaşayır)
Nəticədə vakant yeri Murad qazanır.
İzah: Mahir Əhədov.