
2021-05-05 17:54:00
Azərbaycan Nəşriyyatları İctimai Birliyi poster müsabiqəsi elan edib
Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) "Əməyə hörmət, qələmə hörmət" devizi altında pirat nəşrlərə qarşı poster müsabiqəsi elan edib.
AzEdu.az xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkə kitabçılığının önündə ciddi problemə çevirilmiş pirat və qanunsuz kitab nəşrinə diqqət çəkmək, insanları maarifləndirmək və orijinal kitab almağa sövq etməkdir.
Müsabiqəyə istənilən texnika ilə işlənmiş işləri göndərmək mümkündür.
İşlər 23 may 2021 tarixinə kimi [email protected] ünvanına göndərilməlidir.
ANİB tərəfindən birinci yerin qalibi 300 AZN, ikinci və üçüncü yerin qalibləri isə kitab hədiyyələri ilə mükafatlandırılacaq.
Müsabiqənin münsif heyəti:
- Rəsul Həsən – qrafik dizayner
- Ramin Həsənəlizadə – qrafik dizayner
- Ramil Əliyev – rəssam-illüstrator
- Nurman Tariq – naşir, "Parlaq İmzalar" Nəşriyyatının direktoru
- Əli Hənifəyev – naşir, "Çinar" Nəşriyyatının direktoru
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51