Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-30 17:29:00
Azərbaycanda son sutkada koronavirusa 141 nəfər yoluxdu,486 nəfər SAĞALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 333 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 103 nəfər müalicə olunaraq sağalıb, 4 907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 854 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 535, bu günə qədər isə ümumilikdə 3 509 174 test icra olunub.