
2021-06-11 09:48:00
Hədəf liseyi beynəlxalq əlaqələrini genişləndirir
Sloveniya Respublikasının paytaxti Lyublyanada keçirilən, UNESCO tərəfindən dəstəklənən Beynəlxalq Fəlsəfə Olimpiadası eIPO 2021 başa çatıb.
AzEdu.az xəbər verir ki, Sloveniya Prezidenti Cənab Borut Pahorun təbrik nitqi ilə açılan və onlayn formatda dörd gün davam edən, bu mötəbər tədbirdə 56 ölkədən 112 məktəbli arasında paytaxtımızdakı Hədəf liseyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Nərgiz Mahmudzadənin müşaiyəti ilə təhsil ocağının 11-ci sinif şagirdi Gülsüm Nuriyevanın timsalında Azərbaycan ilk dəfə iştirak edirdi.
Yekunda braziliyalı Luiz Felipe və Sloveniyadan Andrej Jovicevic birinci yeri bölüşərək qızıl medala, Almaniya, Avstriya, Yaponiya və Cənubi Koreya məktəbliləri gümüş medala, Türkiyə, Macarıstan, Ukrayna, Latviya və Kosta-Rikalı şagirdlər isə bürünc medala layiq görüldülər.
Olimpiada işini müsabiqə zamanı təqdim olunan dörd fəlsəfi mövzudan birini seçməklə yarış iştirakçılarının yazdıqları esselərin ekspertlər tərəfindən qiymətləndirilməsi ilə yekunlaşdı.
eİOL 2021 Beynəlxalq Olimpiadasında iştirak Hədəf liseyi üçün mütərəqqi təcrübəyə yiyələnmək baxımından çox səmərəli oldu. Gələn il lisey Azərbaycanda məktəblilər arasında ilk milli fəlsəfə olimpiadası keçirməyi hədəfləyir. Bu yarışda birinci və ikinci yeri qazananlar eİOL 2022-də iştirak hüququ qazanacaqlar.
Eldar İsmayılov,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti,
AİPS üzvü
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51