Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-26 14:51:00
Bu işləri ödənişsiz edirik-Müəllim şikayəti

Hörmətli təhsil ictimaiyyəti, bu yazını demək olar ki, bütün müəllimlər adından yazıram. O səbəbdən də çalışdığım məktəbi və adımı qeyd etmirəm. Düşünürəm ki, müəllimlərin əksəriyyəti bu yazdıqlarımla razılaşacaq. Çünki bunun hamımızı narahat edən məsələ olduğunu düşünürəm.


Artıq hamının müəllimlərin, həsrətlə gözlədiyi tətildir. Dərsilinin sonu təhsilalanlarla yanaşi ,həm təhsil işçilərinin, xüsusilə də müəllimlərin məsuliyyətli və çox əziyyətli dövrüdür. Hələ bu pandemiya dövrünü də əlavə etsək,itirdiyimiz enerjinin yarsınıbelə bərpa etməyən qazancımız bir yana, bu qədər işdən həm dəfiziki sağlamlığımızı itiririk.


Həm gündəlik dərslər, həm hazırlanan tapşırıqlar, qiymətləndirmə vasitələri hazırlamaq ....  Hələ bu qiymətləndirməni şagird sayına öz cibindən etdirməyimizi demirəm. Qiymətləndirmə keçirdikdən sonra onu yoxlamaq, balları hesablamaq, qiymətləri təyin etmək. Bu proses hazirda həddindən artıq çox vaxt aparır. Sözsüz ki, qiymətləndirmənin təhsilimiz üçün faydası böyükdür, tədrisin vacib hissəsidir. . Qeyd etdiyim məsələ qiymətləndirmənin özündən çox lori dildə disək onun yazı-pozu işləri, hesabatlar xeyli vaxt aparır. Ele test hazırlamaq asan isdirmi? əlbəttə ki yox.


Biz öyrətməkdən, bilik aşılamaqdan çox, bu cür işlərə daha çox enerji sərf etməli oluruq.  


Lakin bunu artıq normal qəbul edən müəllim qiymətləndirmənin  üsul və vasitələrinin seçilib, tətbiq üçün hazirlanmasinin daha da çətinləşməsinə  rəgmən artıq neçə ildir ki, bunu ödənişsiz edir . Yəni,  illər öncə bundan daha sadə qiymetlenmeye görə ödəniş edilirdisə indi daha mürəkkəb və vaxt,enerji aparan bu prosesə görə   müəllimlərə əlavə ödəniş də olunmur.


Hələ bu da  azmış kimi bəzi məktəblərdə müavinlərin, laborantların da  işlərini  müəllimllərin  üzərinə qoyub bunu guya  Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müəllimlərdən bir tələbi kimi təqdim edirlər.Amma bu barədə hansısa təlimat varmı?


Belə ki, Bakının demək olar ki, bir çox qabaqcil məktəblərində hazırda müəllimlər gecə də yatmirlar, müavinlərin təcili tələb etdiyi  hesabatlari hazırlamaqdadırlar.


Belə ki, hər müəllim  hər sinif üzrə ayrıca “Excell” proqramındayarimillik və illik hesabatlar hazırlayıb sinif rəhbərlərinə göndərməlidir, üstəlik  keyfiyyət və mənimsəmə faizlərini dəhesablayib yazmalıdırlar.Özü də 2-3 gün ərzində.

 

Sonra da yazıq sinif rəhbərləri də həmin hesabatı yenə “Excell”proqramında bütün  fənnlər bir yerdə olan başqa formatdayazıb,müavinlərə göndərir.

 

Daha sonra isə hər bir fənn üzrə və sinif üçün tərtib edib göndərdiyi  həm də print də etdirib onlara təqdim etməlidirlər.

 

Bu yazdıqlarım bəlkə kənardan adi görünə bilər, amma inanınki, bu bir müəllimin etməli olduğu iş deyil. Dünyanın ənqabaqcıl ölkələrindən tutmuş, bizim kimi ölkələrin təhsilsisteminə nəzər yetirsəniz bunu aydın görmek olar ki,bu işlərigörəcək şəxs müəllim deyil. Müəllim bilik aşılamalı vəyeniliklərlə ayaqlaşmaq üçün  öz üzərində də işləməlidir. Ancaqbütün bunlar üçün ona vaxt lazımdır axı?!

 

Bunlarla yanaşı, müəllimlər bütün hesabatları həm kağız, həmdə elektron jurnallara yazmalıdırlar.

 

Axı müəllim hələ şagird və valideynlərlə də ünsiyyət qurmalı, maarifləndirici ,tərbiyəvi işlər görməli,iclaslar , təşkilat saatları, tədbirlər həyata keçirməli və daha nələr nələr...

 

Yeri gəlmişkən,indi bir tendensiya da budur ki, rəhbərlik özişinin digər xeyli qismini de məvacibsiz fəaliyyət göstərən metod birləşmə rəhbərlərinə de yükləyirlər.  Amma unudurlar ki, onların da gündəlik dərsləri var.

 

İndi mən vicdanlı insanlara sual verirəm. Bütün bunlar müəllimüçün çox olmadımı ? Bu normal haldirmi?

 

Yeri gəlmişkən, hələ müəllim məktəb qruplarında gecə saat neçəolmasından aslı olmayaraq gün ərzində ən geci 15 dəqiqədən birgöndərilən səsli və ya səhifə-səhifə təqdimatları, tövsiyyələri, məktəbdən savayı hər gün idareden gələn əmrləri oxumalı, onlara əməl etməlidir.

 

Üstəlik, Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə TƏhsil İdarəsitərəfindən keçirilən monitorinq testlərini aparmalı, nəzarətetmək üçün orda olmalı və hesabat verməli, rəhbərliyin iclasındaiştirak etməlidir.

 

Bəs onda  biz özümüzü inkişaf etdirmək üçün  seminarlara, proqramlara nə vaxt qatılaq, əlavə necə mütaliə edək ?(hələşəxsi həyatı,normal istiraheti qeyd elemirəm)

 

Bizi bir sual maraqlandırır. Görəsən bütün bunlar doğrudan damüəllimlərin inkişafı üçün yeni proqramlar hazırlayan, onlarınişinin yüngülləşdirilməsinə çalışan, müəllimə dəstək nümayişetdirən Təhsil Nazirliyi və yaxud Bakı Şəhəri üzrə TƏhsilİdarəsinin qərarlarıdırmı ? Elədirsə, demək  o zamanmüəllimlərin sağlamlığını, onlarin davamlı inkişafi üçün şəraityaratmağa calisiriq deməkdə qeyri-səmimidirlər.

 

Yoxsa, bu məktəblərdə əsas işini  təəssüf ki,əsasən  saatlari, sinifvə ya cədvəl   s.alveri olan, valideynlərlə "dil tapmaq  hesab edən, "iş "düzəltmək hesab etdiklerinden  müəllimləri daimborclu sayıb,  daima nöqsan axtarmağa , iclaslari  belə təzyiqforması kimi istifadə etməyə calisan müdir və müavinlərin işidir?

 

Yəni doğrudanmı heç kim müəllimlərin bu əziyyətlərini görmür. Bizi peşəmizdən soyumağımıza, müəllim adının qiymətdəndüşməsinə göz yumulur.

 

Ya da hər gün müxtəlif, müəllimə lüzumsuz, ona aidiyyəti vətəhsilin keyfiyyətinə   heç bir faydası olmayan kargüzarlıqtapşırıqları verib, Təhsil Nazirliyindən, Bakı şəhəri üzrə Təhsilİdarəsindən komissiya var, deməklə əslində onlar elə özrəhbərlərinə xəyanət edirlər. Çünki bu hərəkətləri ilə ilknövbədə onları gözdən salırlar.

 

Bəlkə müəllim doğrudan da şəxsi həyatı olmayan,”oddayanmaz,suda batmaz bir robotdur, texniki varlıqdır ?!


Ümid edirəm ki, məsul şəxslər müəllimlərin bu istismarınaəncam çəkəcək. Müəllim əməyinə həqiqi dəyər verərək, onlarıən azı bu kargüzarlıq işlərindən azad edəcək. Yoxsa cəmiyyətininkişafında bilavasitə müstəsna xidmətləri olan müəllimlərdənyüksək bacarıq gözləmək üçün çox vaxt lazım olacaq.