Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 15:40:00
Gənclərə stimul olan tələbə kreditləri

Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır


Fondun
yaradılması təhsil ictimaiyyəti tərəfindən də sevinclə qarşılanıb.


Milli
Məclisin deputatı Aydın Mirzəzadə: «Fondun yaradılması barədə qərar ölkə Prezidenti cənab İlham Əliyevin hər kəsin, eyni zamanda ödənişli əsaslarla təhsil alan gənclərin qayğılarına çox həssaslıqla yanaşdığını göstərir. Bu, gənclərimiz üçün çox böyük bir dəstəkdir. Fondun yaradılması gənclərin təhsil almasında dövlətin rolunun artdığını bir daha sübut edir”.


Təhsil
Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov:Düşünürəm ki, Fond ölkəmizdə xeyli sayda gəncin təhsil almasına bilavasitə şərait yaradacaq. Nəzərə alsaq ki, gənclərin təhsilə əlçatanlığının təminatı həm onlar arasında rəqabət mühitinin formalaşmasına səbəb olacaq. Bütün bunlar eyni zamanda təhsilin keyfiyyətinə birbaşa təsir edəcək”.


Bakı
Dövlət Universitetinin professoru Hikmət Əlizadə:“Bu Fondun yaradılması Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm rol oynayacaq. Dünyanın inkişaf etmiş ölkələrində adətən belə fondlar müxtəlif şirkətlər tərəfindən yaradılır. Ölkə Prezidenti cənab İlham Əliyev yenə də müsbət addım ataraq belə bir fondun yaradılmasına qərar verdi. Prezidentimiz gənclərimizin təhsil almasına çox böyük həssaslıqla yanaşır”.


Azərbaycan Texnologiya Universitetinin II kurs tələbəsi
Cavid Cabbarlı: “Bu xəbər tələbələr arasında böyük sevincə səbəb oldu. Ölkə Prezidentinin imzaladığı bu sərəncam tələbə olmaq arzusunda olan bir çox gəncə stimul verəcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları