
“”Kadr islahatı" günbəgün liseyin çöküşünə səbəb olub”.
AzEdu.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.
O, Zəngi” liseyinin bugünkü vəziyyəti ilə bağlı etirazını bildirib:
“Bu liseydə Dəfələrlə olmuşam. Bayram müəllimin dövründə burada yüksək nizam-intizama və keyfiyyətli təhsil mühitinə şahidi oldum. O, məktəbdə həm də səmimi ab-hava yarada bilmişdi. Təəssüf ki, Bayram müəllim 2018-ci ildə dünyasını dəyişdi. Ondan sonra aparılan "kadr islahatı" günbəgün liseyin çöküşünə səbəb oldu. İndi bu məktəbin adı yalnız neqativ hallarda çəkilir. Onun xilası barədə nazirlik rəhbərliyi düşünməlidir.”
Bildirək ki, Zengi litsey 1992-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılıb. Hazırda onun direktoru Əməkdae müəllim Almaz Əsgərovadır.
Gülcahan Məmmədova