
2021-07-18 11:51:00
Beyni zamanla öldürən 5 qida - Uşaqlara da verirsiz
Hər il dünyada demensiya- qocalıq əqli gerilik və alsgeymer xəstələrinin sayı artır.
Buna səbəb beyin neyronlarının zəifləməsi, ölməsi, beynin atrofiyasıdır.
AzEdu.az xəbər verir ki, alimlər hansı qidaların beyni öldürməsi barədə elmi işlərdən birini yekunlaşdırıb.
Eksperimentdə 209 nəfər demensiyalı xəstə, 418 nəfər demensiyası olmayan insanlar iştirak edib. Onların yaş həddi 70-78 arasındaydı.
Xüsusi anketdə hər birinin bu illər ərzində daha çox nə yeməsi və gündəlik menyusu yazılır.
Həkimlər bu insanların orqanizmi və beynin funksiyalarını yoxlayıb.
Məlum olub ki, gəncliyindən yaşlaşana kimi kartof, şirin qidalar, qızarma ət, kolbasa, şirin desertlər, tort, peçenye çox yeyən şəxslərdə əqli geriləmə yüksəkdir və onlarda demensiya olub.
Araşdırma zamanı demensiya xəstələrinin hələ də kartof, qızarma ət, pasta, tort, pirojna daha çox yediyi də aşkar olundu. Onlar sanki bu qidalardan narkotik kimi asılıdırlar.
Əksinə az yeyən, balıq, meyvə, tərəvəz xoşlayan iştirakçılarda isə beynin fəaliyyəti yaxşı olub.
Alimlər demensiyadan qorunmaq üçün illər öncədən yaşıl meyvə, tərəvəz, səbzə, qoz, balıq, giləmeyvə yeməyi tövsiyə edir.(medicina.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51