
2021-08-04 13:12:00
44 günlük müharibənin tarixi yazılır -AMEA 3 kitab hazırladı
Tarix İnstitutu Azərbaycan tarixinin ən yeni dövrünün əsasını qoyan 44 günlük vətən müharibəsi tarixinin yazılmasına başlayıb.
AzEdu.az-ın məlumatına görə, AMEA Tarix institutunda Azərbaycanın müasir tarixinin kompleks şəkildə tədqiqi istiqamətində fundamental araşdırmalar aparılır. Tarix institutu AMEA Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə və post-müharibə dövrü fəaliyyətini əks etdirən “Zəfər salnaməsi: Qarabağ savaşından Şuşa bəyannaməsinədək” adlı toplu nəşrə hazırlayıb və çapa təqdim edib. Bu toplunun ən mühüm özəlliyi ondadır ki, Prezidentin çox istiqamətli fəaliyyətinin təsnifatı aparılıb. Kitabın 44 günlük müharibənin başlanmasının birinci ildönümünədək çap edilməsi və təqdimatının keçirilməsi nəzərdə tutulur.
Dövlət müstəqilliyinin bərpa edilməsi münasibətilə fundamental “Azərbaycan Respublikasının tarixi: 1991-2021” üç cildliyinin hazırlanması üzərində də iş davam edir. Kitabda həm birinci, həm də Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi əksini tapacaqdır. Bununla eyni zamanda, bu il “Qarabağ müharibəsinin tarixi” adlı nəşr də hazırlanır. Tarix institutunda monoqrafik tədqiqatlar ilə birlikdə, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixinin müxtəlif aspektlərinə dair tədqiqatlar da aparılır. Bu barədə respublika və beynəlxalq konfranslarda məruzələr nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51