
Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər.
AzEdu.az verir ki, bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər.
Bu barədə "Proceedings of the National Academy of Science" jurnalında məqalə dərc olunub. Tədqiqatçılar SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonra 1 400-dən çox dərman və fərdi vasitələrlə müalicə olunan insan hüceyrələrindən istifadə edərək ortaya çıxan nəticələri təhlil ediblər. Beləliklə, COVID-19 əleyhinə 17 potensial namizəd tapmağı bacarıblar.
Mütəxəssislər SARS-CoV-2 infeksiyasını insanın ağciyər hüceyrələri də daxil olmaqla, müxtəlif növ hüceyrələrdə sınaqdan keçiriblər. Onlardan 9-da virus əleyhinə aktivlik müşahidə olunub.
Tədqiqatçıların qənaətinə görə, yeni dərmanların hazırlanması uzun illər çəkə bilər, buna görə də mövcud dərmanlar arasında təsirlisini tapmaq gəlirli strategiyadır. Gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da, onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.(Publika.az)