Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 11:00:00
Təhsil İnstitutu təbiət fənninin tədrisi ilə bağlı təlimlər təşkil edib

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi və Tədris resursları şöbəsinin birgə təşkilatçılığı ilə V sinifdə pilot qaydada sınağı nəzərdə tutulan təbiət fənninin tədrisi ilə əlaqədar təlimlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün nəzərdə tutulan təlim proqramı 18 akademik saat olub və onlayn formatda təşkil edilib. Məqsəd iştirakçıları təbiət elminin tədrisinin əhəmiyyəti, tədqiqat əsaslı öyrənmə metodikası ilə hazırlanmış yeni dərslik, tədqiqat əsaslı dərsin əsas komponentlərinə dair bilik və bacarıqlar haqqında məlumatlandırmaq, dərslikdəki fizika, biologiya, kimya və coğrafiyaya aid mövzulardan nümunə dərs hazırlamaqla onlara praktik məşğələlər keçməkdir.

 

Təlimləri fizika fənnindən Yalçın İslamzadə, biologiya fənnindən Rəşad Səlimov, kimya fənnindən Elmar İmanov, coğrafiyadan isə Mahir Sərkərli keçib.