Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 12:36:00
 Azərbaycan paralimpiyaçıları üçüncü qızıl medalı qazanıb

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

 

AzEdu.az xəbər verir ki , 60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

 

Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub.