Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 14:13:00
 Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazanıb- Tokio-2020

Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

 

AzEdu.az xəbər verir ki , o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

 

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.