Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 14:25:00
Universitet müəllimi koronavirusdan vəfat edib 

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Kərəm İsmayılov 71 yaşında koronavirusdan vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Kərəm İsmayılov 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. 1988-ci ildə AzTU-da işə qəbul olunub və 2021-ci ilə qədər voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.