
2018-07-26 09:30:00
Alimlər görmə qabiliyyətini itirməyin qarşısını alan möcüzəni TAPDILAR...
AzEdu.az Lenta .ru-ya istinadən xəbər verir ki, Londonun Universitet kollecinin və London İmperiya kollecinin alimləri belə qənaətə gəliblər ki, kurkumin piqmenti (Kurkumin, zərdəçal bitkisinin köklərindən əldə edilən, sarı-narıncı rəngli bir maddədir. Bizdə sarıkök kimi tanınır) qlaukomanın ilkin mərhələdə müalicəsi üçün səmərəli istifadə oluna bilər.
Tədqiqatçılar göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyib hazırlayıblar. Bunun üçün piqment olan nanohissəciklər yaradılıb. Bu, imkan verir ki, sarıkökdən göz damcılarında istifadə olunsun, atma həblərdə yox, çünki həbləri piqmentin çətin əriməsi səbəbindən böyük miqdarda qəbul etmək lazımdır, bu isə mədə-bağırsaqda zəhərlənmə yarada bilər.
Göstərilir ki, yeni metod sarıkökün ərimə qabiliyyətini 400 min dəfə artırır, piqmentin özü isə göz toxumalarında lokallaşır, qanla bütün bədənə yayılmır. Qlaukomadan əziyyət çəkən siçovula üç həftə ərzində damcı tətbiq edilib və nəticədə torlu qişanın degenerasiyasının sürətinin azalmasına səbəb olub. Bundan əlavə, alimlər heç bir arzuolunmaz kənar təsirləri qeyd etməyiblər.
Qlaukoma göz xəstəliyidir, gözün daxilində təzyiqi artırır, bu da sonucda görmə əsəblərinin atrofiyasına, görmə qabiliyyətinin aşağı düşməsinə, korluğa gətirib çıxarır.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51