2018-07-26 12:00:00
Marsla Yerin böyük qarşıdurması - Nə baş verəcək?
İyulun 28-də Marsla Yerin böyük qarşıdurması yaşanacaq, iyulun 31-də isə Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq.
AzEdu.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, bu zaman məsafə 0.39 a.v. və ya 57.8 mln. km-ə qədər qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü -2.8 olan qırmızı ulduz kimi görünəcək.
Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 mln km, yayın sonlarında baş verərsə 50-60 mln km-ə qədər qısalır. Marsın belə qarşıdurması orta hesabla 15-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.
Sonuncu böyük qarşıdurma 28 avqust 2003-cü ildə baş verib. O zaman yaxınlaşma 55.8 mln km-ə çatıb. Elmə məlum olan ən böyük qarşıdurma isə 5 sentyabr 1877-ci ildə baş verən qarşıdurmadır. Bu zaman ABŞ astronomları Marsın iki peykinin olduğunu açıqlayıb: Foboz və Deymos.

Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51