
2021-09-15 13:50:00
Məşhur şirkət işçilərinə pulsuz təhsil verəcək - 1,2 milyard dollar ayrıldı
ABŞ-ın və dünyanın nəhənş şirkətlərindən olan Amazon, kollec və universitetlərdə təhsil almaq istəyən və ya artıq bakalavr dərəcəsi almaq üzrə olan bütün işçilərinin təhsil haqlarını ödəyəcəyini elan edib. "The Wall Street Journal" nəşrinin məlumatına əsasən, şirkət işçilərinin yalnız dörd illik təhsil haqqını deyil, həm də tədris dövründə istifadə edəcəkləri kitablar üçün xərcləri öz üzərinə götürəcək. İşçilər, şirkətdə işlədikləri 90 iş günündən sonra Amazon hesabına təhsil almaq hüququna malik olacaqlar. Əgər onlar təhsil dövründə və ya ondan dərhal sonra işdən çıxarılarlarsa, təhsil haqqını geri qaytarmalı olmayacaqlar.Həftədə 20 saat işləyən işçilər təhsil haqqının 50% - ni ödəmək hüququna malik olacaqlar.
AzEdu.az-ın məlumatına görə, ümumilikdə, Amazon 2025-ci ilə kimi bu proqrama 1,2 milyard dollar sərf etməyi planlaşdırır. Amazon-un 750 min əməkdaşı şirkət tərəfindən haqqı ödənilən təhsil almaq hüququna malik olacaq.
Amerikanın digər şirkətlərindən, Amazon-un rəqibləri Walmart и Target də bu yay öz əməkdaşlarının universitet və kolleclərdə təhsil haqlarının 100% ödənilməsinə qərar veriblər.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51