Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 11:30:00
Şamaxı Astrofizika Rəsədxanası "açıq qapı" günü keçirib

İyulun 27-dən 28-ə keçən gecə baş verən Ay tutulması və Mars-Yer qarşıdurması hadisəsi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü keçirib.

AzEdu.az xəbər verir ki,  bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.

Gecə saatlarından başlayaraq 1000-ə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib.

Müşahidə prossesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.

Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.