
2021-10-20 15:40:00
“Mənə “Əməkdar müəllim” adı veriblər, neynirəm, əvəzində pul versinlər...”-Rəşid Mahmudov
Xəbər verdiyimiz kimi müğənnilər Elton Hüseynov və Xəyyam Nisanovun “Əməkdar artist” fəxri adına layiq görülməsi müğənni həmkarları tərəfindən birmənalı qarşılanmadı. Onlar da illərdir haqı olan bu ada layiq görülə bilmədikləri üçün təəssüfləndilər.
AzEdu.az xəbər verir ki,Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim , Tibb Universitetinin dosenti Rəşid Mahmudov fəxri adları sənətçi üçün önəmli saymadığını bildirdi:
“Fəxri adları heç vaxt önəmli saymıram. Birinə Xalq şairi deyirlər. Heç qarışqanın şairi varmı? Ayıbdır. Şair elə xalqın şairidir. Müəllim xalqın, tələbənin müəllimidir. “Əməkdar müəllim”, “Əməkdar artist”, “Xalq şairi” kimi fəxri adlar ləğv edilməlidir, boş şeylərdir. Bu ad uğrunda dava edən adamları da qınayıram. Sənətini bilən və bilməyən var. Alim Qasımova nə ad verirsən ver, onsuz da o, Alim Qasımovdur. Bunlar hamısı gülməli şeylərdir. Mənim özümə “Əməkdar müəllim” adı veriblər və heç bu mənə lazım da deyil. Neynirəm onu? Onun əvəzində pul versinlər. (Gülür)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51