Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 14:21:00
UNEC-in elektron kitabxanasında ötən ay ən yüksək istifadə göstəricisi olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ənənəvi kitabxanalarında oktyabr ayında ümumi oxucu sayı 12550 nəfər, kitab götürülməsi 3901 nüsxə təşkil edib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, elektron kitabxanadan 3970 istifadəçi yararlanıb, sosial media və kitabxananın veb-səhifəsi üzərindən 3598 istifadəçi-izləyici sorğusu cavablandırılıb.

 

Universitetin elektron kitabxanasının yaradıldığı vaxtdan ən yüksək istifadə göstəricisi oktyabrda olub.