
2021-11-03 16:02:00
Tanınmış alimin Zəfər gününə həsr edilən kitabı çapdan çıxdı
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri - Şuşa” kitabı çapdan çıxıb. Kitab 44 günlük müharibənin memarları Azərbaycan Ordusuna və bu günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə həsr edilib.
Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir. O sadəcə, coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi şəhərdir. Məhz bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonim və oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir.
Təqdim edilən kitabda Şuşanın tarixi, işğala qədər olan dövrü və 2020-ci ildə azad olunması, ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı qaynaqlarla, arxiv sənədlərilə, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınaraq, oxucuların önünə çıxarılıb.
Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür.
Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapıb. Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51