
Təhsilalanların yetişməsində valideynlərin rolu böyükdür. Onların hüquqları qanunla qorunur. Lakin valideynlərin bir çoxunun bilmədiyi hüquqları mövcuddur.
AzEdu.az Təhsil Haqqında Qanuna əsasən, onları təqdim edir:
Valideynlər təhsilalanların hüquqlarını müdafiə edilməsi və təhsil müəssisəsinin idarə olunmasında iştirak edə bilərlər.
Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək üçün valideynlərə şans yaradılır.
Həmçinin, onlar övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımalıdılar;
Övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etməlidilər;
Təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməli, işgüzar nüfuzunu qorumalıdır.