
Təhsilin inkişafına ən böyük dəstək dövlət tərəfindən göstərilir.
Belə ki, dövlətin də təhsil qarşısında bir çox öhdəliyi var.
AzEdu.az Təhsil Haqqında Qanuna əsasən, onları təqdim edir:
Təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və qrantların məbləğini müəyyən etmək və təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
Büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəyyən etmək;
Peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək;
Müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
Təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
Dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
Təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
Təhsil pilləsinə uyğun olaraq təhsil müəssisələrinin, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;
Dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
Təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək;
Təhsil haqqında dövlət sənədlərinin təsvirlərini və onların verilməsi qaydalarını təsdiq etmək;
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və həyata keçirmək;
Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;
Təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və onu ləğv etmək;
Peşə, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq etmək;
Təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
Təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək.