
2021-11-16 15:06:00
Azərbaycanda "TÜRKOVAC"ın sınaqlarına yaxın vaxtlarda başlanıla bilər
Azərbaycanda Türkiyənin koronavirusa qarşı "TÜRKOVAC" vaksininin üçüncü fazasının kliniki sınaqlarına bu yaxınlarda başlanıla bilər.
Azedu.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır:
"Bildiyiniz kimi, TÜRKOVAC Türkiyə istehsalı olan inaktivləşdirilmiş platformada hazırlanan bir vaksindir. Azərbaycanda da həmin vakisinin üçüncü fazasının kliniki sınaqlarının bir hissəsinin keçirilməsi nəzərdə tutulub. Ümidvaram ki, bu yaxınlarda da bu proses başlanılacaq. Demək olar ki, əldə etdiyimiz vaksinlərin sayı artacaq", - T.Musayev deyib.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51