Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-21 16:31:00
Mətbuat  tariximizə aid jurnallar latın əlifbasında - FOTOLAR

 

 

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli  6 saylı iclasının qərarı ilə  XX yüzilliyin əvvəllərində çap olunmuş “Arı” və “Mirat” satirik jurnallarının komplektlər  yeni əlifbada transfoneliterasiya edilərək toplu (Vüqar Əhməd, Dilbər Rzayeva. “Arı” və “Mirat” jurnalları yeni əlifbada”, Bakı-2021.”Ulu” nəşriyyatı, səh. 430) halında nəşr edilib. Toplunun elmi redaktoru  akademik İsa Həbibbəyli, transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri, çapa hazırlayanları  professor Vüqar Əhməd,  elmi işçi Dilbər Rzayeva, rəyçilər filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov və Gülbəniz Babayevadır.

 

Qeyd etdiyimiz kimi oxuculara təqdim olunan “Arı”(1910-1911) və “Mirat (1910) satirik jurnallarının ərəb qrafikalı əlifbadan transfoneliterasiyasıdır.  

 

Jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür.

 

Jurnalın komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, doktorant, dissertant, magistr və bakalvr təhsili alan filoloqlar faydalana bilər.

 

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.